Xarici ölkələrdə Türkiyənin 98 vətəndaşı koronavirusdan ölüb

Xarici ölkələrdə Türkiyənin 98 vətəndaşı koronavirusdan ölüb

1 Aprel 2020 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

“İndiyədək xarici ölkələrdə Türkiyənin 98 vətəndaşı koronavirusdan ölüb”.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.

“50-dən artıq ölkədən 20 mindən çox vətəndaşımızın qayıdışını təşkil etmişik. Hazırda xarici ölkələrdə 10 minə yaxın vətəndaşımız var. Karantin rejimini nəzərə alaraq vətəndaşlarımızı gətirməyə davam edəcəyik. Türkiyəyə dönüşü təmin olanlara isə dəstəyimizi əsirgəməyəcəyik”,- nazir vurğulayıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb. Martın 31-də infeksiyaya yoluxanların sayı 2 704 nəfər artaraq ümumilikdə 13 531 nəfərə yüksəlib.

Oxuməni.az