Çində aprelin 4-ü matəm elan edilib

Çində aprelin 4-ü matəm elan edilib

3 Aprel 2020 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Respublikanın Dövlət Şurası aprelin 4-nün yeni koronavirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan həkimlər ilə əlaqədar ümummilli matəm günü elan edilməsi barədə qərar qəbul edib.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qərara əsasən, aprelin 4-ü ölkədə, o cümlədən xarici ölkələrdəki diplomatik missiyaların ərazisində bayraqlar endirilməlidir. Bütün əyləncə tədbirləri ləğv edilir. Yerli vaxtla saat 10:00-dan (06:00 GMT+4) bütün Çin üçdəqiqəlik sükutla ölənləri yad edəcək.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mini, ölənlərin sayı isə 3,3 mini ötüb.

Oxuməni.az