Rusiyadan COVİD-19 üçün daha 50 test gətirilib

Rusiyadan COVİD-19 üçün daha 50 test gətirilib

3 Aprel 2020 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal İstehlakçı Hüquqları və İnsan Rifahı Qoruma Xidməti COVİD-19 ilə bağlı 5 min müayinə keçirmək üçün daha 50 dəst test sistemini Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

Oxuməni.az Rusiya səfirliyinə istinadən xəbər verir ki, bununla da adıçəkilən ölkədən ayın əvvəlindən etibarən təmənnasız olaraq gətirilən test dəstlərinin sayı 120 ədədə çatdırıldı. Həmin ləvazimatla bütövlükdə 12 min nəfərin müayinəsini həyata keçirmək mümkündür.

Bundan əvvəl Rusiya tərəfindən Azərbaycana 70 ədəd bu cür test dəstinin verildiyi bildirilmişdi.

Oxuməni.az