Kolumbiya Venesuelanın koronavirusla bağlı yardımından imtina edib
Kolumbiya hökuməti Venesuelanın bu ölkəyə bağışlamaq istədiyi koronavirusu aşkarlayan test avadanlığından imtina edib.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes paytaxt Karakasda çıxışı zamanı bildirib.
O, həmçinin ölkəsində koronavirusa yoluxanların sayını da açıqlayıb. Hazırda Venesuelada yeni virusa yoluxanların ümumi sayı 159-a çatıb. Xatırladaq ki, cümə günü Venesuela Prezidenti Nikolas Maduro koronavirusla mübarizə çərçivəsində Kolumbiyaya kömək etməyə hazır olduğunu demişdi.
Məlumat üçün bildirək ki, Venesuelada koronavirusa ilk yoluxma hadisəsi martın 13-də qeydə alınıb. Martın 17-dən ölkə daxilində karantin tətbiq edilib.
Oxuməni.az
Digər xəbərlər