ABŞ diz çökür

ABŞ diz çökür

6 Aprel 2020 12:44
Bəyəndim (1) Bəyənmədim (0)

"Dünyanın super gücü" kimi təqdim edilən və məğlub olunmaz sayılan ABŞ koronavirus epidemiyası qarşısında demək olar ki, diz çökdü.

Oxuməni.az xəbər verir ki, hazırda səhiyyə sistemi ağır duruma düşən ABŞ-ın iqtisadi savaş apardığı Çinin köməyinə ehtiyacı var.

Epidemiyanın şiddətlə tüğyan etdiyi Nyu-York şəhərinin qubernatoru Endryü Kuomo mətbuat konfransında 17 000 süni tənəffüs aparatına ehtiyac duyduqlarını və yalnız 500 ədəd resperatorun olduğunu açıqlayıb. Bu səbəblə Çindən ABŞ-a 1000 respirator hədiyyə edilib.

Endryü Kuomo Çin hökumətinin verdiyi töhfələrə görə təşəkkür edib.

Cosepeh-Klara Tsai və Cek Ma fondlarından verilən hədiyyə paketində 1 milyon cərrahi maska, 1 milyon N95 maska və 100 min eynəyin də olduğu açıqlanıb.

ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına əlavə ediləcək yeni gömrük vergisi haqqında danışıb: "Danışıqlar davam edir. Bunlar davam edərkən ABŞ sentyabrın 1-dən ölkəyə gələn 300 milyard dollarlıq məhsula 10 faiz gömrük vergisi əlavə etmək niyyətindədir. Bu əlavə vergi 25 faiz gömrük vergisi tutulan 250 milyard dollarlıq məhsulu əhatə etmir.

Hərtərəfli ticarət razılaşması üçün Çin ilə müsbət dialoqumuzu davam etdirmək istəyirik və iki ölkə arasında gələcəyin parlaq olacağını düşünürük".

Oxuməni.az