İşsizlər necə yardım ala bilərlər?

İşsizlər necə yardım ala bilərlər?

7 Aprel 2020 12:14
Bəyəndim (1) Bəyənmədim (0)

Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. Bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunuzu rəsmiləşdirməlisiniz.

Son günlər məşğulluq xidmətində işsiz kimi on-line qeydiyatdan necə keçməklə bağlı suallar daxil olur. Odur ki, bu barədə bildiklərimizi sizinlə bölüşürük. Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat ala bilərsiniz.

1. www.e-sosial.az saytına daxil olun.
2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.
3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin. Şəxsiyyət vəsiqəsində (həm köhnə və həm də yeni versiyada) FİN kodunun tapılması qaydasını bu mətnə şəkil bölməsində əlavə edirəm.
4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.
5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Oxuməni.az