Bu il Pasxa bayramı nə vaxt çıxacaq?

Bu il Pasxa bayramı nə vaxt çıxacaq?

7 Aprel 2020 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi inanclı insanlar aprelin əvvəlinin nisbətən soyuq keçməsini Pasxa bayramı ilə əlaqələndirirlər. Qeyd edilir ki, Pasxa bayramı çıxandan sonra havalar istiləşməyə başlayır.
Pasxa İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır.
Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.
Bu bayramın xüsusi himni və mahnıları var.
Oxuməni.az-ın məlumatına görə, bu il Pasxa bayramı 8 aprel tarixində başlayıb 19 aprelədək davam edəcək.
Qeyd edək ki, Pasxa Qriqori və Yulian təqvimlərində (hər ikisi günəşin dövrəsinə və fəsillərə əsaslanan təqvimdir) konkret gündə qeyd edilmədiyinə görə tarixi dəyişən bayramlardır.
Şərq xristianlığında Pasxa gününün hesablanması zamanı Yuli təqviminə əsaslanırlar.
Qərb xristianlığı isə Qriqori təqviminə əsaslanır.
Bu il Qriqori təqviminə görə, Pasxa bayramı 12 aprelə təsadüf edəcək. Yuli təqviminə görə isə bayram 19 apreldə qeyd olunacaq.

Oxuməni.az