ABŞ ÜST-ün büdcəsinə ödənişləri dayandıra bilər
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ödənişləri dayandırmaq imkanlarını nəzərdən keçirir.
Oxuməni.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı deyib.
D.Tramp ilk öncə ödənişlərin dayandırılmasına hazırlaşdıqlarını bildirib: "ÜST ABŞ-dan böyük miqdarda vəsait alır. Biz ÜST-ə vəsait ayırmağı dayandırmağa hazırlaşırıq".
Lakin bir neçə dəqiqədən sonra D.Tramp öz ifadəsini düzəldib: "Mən bunu etməyə hazırlaşıram demirəm, biz bunu araşdırmağa hazırlaşırıq".
Oxuməni.az
Digər xəbərlər