AB Azərbaycana 14 milyon avro ayırdı

AB Azərbaycana 14 milyon avro ayırdı

9 Aprel 2020 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi (AB) yeni tip koronavirusla mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

Oxuməni.az xəbər verir ki, məlumatı Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit Tvitter hesabında paylaşıb.

Bildirilir ki, AB “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə pandemiya ilə mübarizə çərçivəsində təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq.

Qeyd edək ki, AB tərəfindən Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon, Ermənistana isə 92 milyon avro veriləcək.

Oxuməni.az