Sabahdan Azərbaycanda 8 gün iş olmayacaq

Sabahdan Azərbaycanda 8 gün iş olmayacaq

22 May 2020 15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.

Oxuməni.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Oxuməni.az