Taliban Əfqanıstanda 3 günlük atəşkəs elan edib

Taliban Əfqanıstanda 3 günlük atəşkəs elan edib

24 May 2020 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Taliban qruplaşması Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda 3 günlük atəşkəs elan edib.

Oxuməni.az xəbər verir ki, Taliban sözçüsü bu barədə sosial şəbəkə hesabında yazıb.

“Əfqanıstan İslam Əmirliyi rəhbərliyi bayramla əlaqədar bütün mücahidlərə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi hazırlıq tədbirlərini görməyi və heç bir yerdə düşmənə hücum etməməyi əmr etdi. Ancaq hər hansı bir ərazidə düşmən hücumu baş verərsə, buna uyğun olaraq cavab veriləcək”, - məlumatda bildirilib.

Oxuməni.az