Lukaşenko: "Pandemiyadan tez bir zamanda çıxmaq lazımdır"

Lukaşenko: "Pandemiyadan tez bir zamanda çıxmaq lazımdır"

16 İyun 2020 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko dünyanın tezliklə COVID-19 pandemiyasından çıxmalı olduğunu bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə “BelTA” xəbər yayıb.

“Yaşamaq mümkündür. Bu pandemiyadan tez bir zamanda çıxmaq lazımdır. Çünki iqtisadiyyat ixrac yönümlüdür. Bu xəstəlikdən sonra dünya əlaqələri nə qədər tez bərpa etsə, Belarus üçün bir o qədər yaxşı olar”, - deyə ölkə lideri qeyd edib.

O vurğulayıb ki, pandemiya səbəbindən uçuş sayının azalması ölkədəki ab-havanı dəyişə bilər:

“Pandemiya səbəbindən insanlar daha az uçmağa başlayıblar. Uşaq vaxtımda yağış, leysan yağışları olduğu zaman belə vəziyyətin yarandığını xatırlayıram”.

Oxuməni.az