AB yenə də ən aşağı səsi Azərbaycandan aldı

AB yenə də ən aşağı səsi Azərbaycandan aldı

17 İyun 2020 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi Şərq Qonşuluğu layihəsi Şərq Tərəfdaşlığına üzv altı ölkə - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada sorğu keçirib.

Oxuməni.az xəbər verir ki, sorğuya əsasən, Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarının 49%-i Avropa Birliyi haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən 4% yüksəkdir.

Respondentlərin 70%-i öz ölkələri ilə AB arasında əlaqələrin "yaxşı" olduğunu söyləyib. 57% AB-nin ölkələrinə göstərdiyi maliyyə dəstəyindən xəbərdar olduğunu, 53% isə həmin dəstəyin səmərəli olduğunu düşündüyünü bildirib.

Sorğu zamanı tərəfdaş ölkələrin əhalisinin ən çox güvəndiyi beynəlxalq qurum da AB seçilib. Belə ki, altı ölkədə keçirilən sorğudan sonra bu göstərici üzrə orta rəqəm 60% olub.

Ölkələrə ayrı-ayrı nəzər yetirdikdə mənzərənin bir qədər fərqli olduğunu görmək mümkündür. Belə ki, Şərq Tərəfdaşlığı ölkələri arasında AB-yə ən çox Gürcüstanda (69%), Ukraynada (66%), Moldovada (63%) və Ermənistanda (60%) etibar edildiyi müəyyən edilib. Bu baxımdan ən aşağı göstərici Belarusda (45%) və Azərbaycanda (41%) qeydə alınıb.

Sorğuya əsasən, Ermənistanda AB-yə etibar Avrasiya İttifaqını üstələyib. Belə ki, AB-yə etibar 60% təşkil etdiyi halda Avrasiya İttifaqı üçün bu göstərici 51% olub.

Oxuməni.az