Ukrayna ABŞ-dan 16 silahlı patrul kateri alacaq

Ukrayna ABŞ-dan 16 silahlı patrul kateri alacaq

18 İyun 2020 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Dövlət departamenti 16 ədəd “Mark VI” müasir silahlı patrul katerini Ukraynaya 600 milyon dollara satmağa qərar verib.

Oxuməni.az xəbər verir ki, Ukrayna hökuməti 16 ədəd “Mark VI” kateri, 32 ədəd uzaqdan idarə edilən “MSI Seahawk A2” pulemyotu, 16 radiolokasiya tanıma sistemi, 40 ədəd “MK44” əl pulemyotu və digər qurğular, həmçinin gəmilərin texniki təminatı xidmətlərinin alınması üçün ABŞ-a müraciət edib.

Müraciətdə Ukrayna bu gəmilər vasitəsilə öz ərazi sularını və dənizdəki maraqlarını daha effektiv müdafiə edə biləcəyini qeyd edib. ABŞ departamenti bu təchizatın regiondakı güc balansını pozmayacağını bildirib.

Oxuməni.az