Livana dəymiş zərər 15 milyard dolları ötüb

Livana dəymiş zərər 15 milyard dolları ötüb

13 Avqust 2020 11:01
Bəyəndim (5) Bəyənmədim (0)

Beyrut limanında baş vermiş güclü partlayışdan sonra şəhər infrastrukturuna dəymiş ziyan hesablanıb.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə Livan Prezidenti Mişel Aunun “Twitter” hesabında məlumat verilib.

Qeyd olunur ki, ilkin hesablamalara görə, Livana dəymiş zərərin həcmi 15 milyard dolları ötüb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda, liman ərazisində yerləşən anbarlarda güclü partlayış baş verib.

Nəticədə, 200-dən çox adam ölüb, beş mindən çox insan yaralanıb, şəhərdəki binalara və infrastruktura ciddi ziyan dəyib.

Oxuməni.az