Orduya gedənlər iş yerindən maaş alacaq

Orduya gedənlər iş yerindən maaş alacaq

1 Oktyabr 2020 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirmək üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əmək haqqı saxlanılır.

Oxuməni.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

“Hərbi Xidmət haqqında” qanuna əsasən, toplanışa çağırılan hərbi vəzifəlilərin çağırış üzrə vəzifələrini yerinə yetirdikləri dövrdə daimi iş yerində maaşları saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıtmasına qədər xitam verilə bilməz”, - deyə Fazil Talıbov bildirib.

Oxuməni.az