Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək

Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək

19 Oktyabr 2020 15:40
Bəyəndim (2) Bəyənmədim (0)

Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək.

Oxuməni.az xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17 də Ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.

"Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse prezidentimizin diqqətindədir."

Qeyd edək ki, oktyabrın 17 də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan raket nəticəsində bir neçə ev tamamilə dağılıb.

Oxuməni.az