Türkiyə Tusinin adına uçan maşın yaratdı

Türkiyə Tusinin adına uçan maşın yaratdı

19 Oktyabr 2020 17:29
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin yerli uçan avtomobili olan “Tusi”nin test uçuşlarına başlanılıb.

Oxuməni.az xəbər verir ki, İstanbul Gelişim Universitetinin Mekatronik fakültəsi tərəfindən hazırlanan uçan avtomobil 6 mühərrikdən ibarətdir.

100 kiloqram çəkisi olan avtomobil 80 kiloqramlıq yükü (insanı) daşıya bilər. Uçuş mənzili baxımından havada 30, quruda isə 160 kilometrlik mənzilə sahibdir. Elektriklə işləyir.

Bildirilir ki, hazırda test uçuşları 10 metr ətrafında gerçəkləşir.

Qeyd edək ki, uçan avtomobilə 13-cü əsrdə yaşamış tanınmış filosof Nəsrəddin Tusinin şərəfinə “Tusi” adı verilib.

Oxuməni.az