“Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”

“Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”

22 Oktyabr 2020 08:58
Bəyəndim (0) Bəyənmədim (0)

“Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn təbdirində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona dəvət etməsi barədə danışarkən deyib.

ABŞ-ın Minsk Qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkən H.Hacıyev Vaşinqtonun problemin sülh yolu ilə həll edilməsi üçün səy göstərdiyini, lakin bunun reallaşmadığını qeyd edib.

Azərbaycanın 30 ildir müzakirələr apardığını xatırladan Prezident köməkçisi əlavə edib ki, müzakirələrin uğursuz olmasının məsuliyyəti eyni zamanda Minsk Qrupu həmsədrlərinin çiyinlərindədir.

Oxuməni.az