Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil

Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxt KTMT-nin köməyindən danışmaq düzgün deyil

23 Oktyabr 2020 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:

"Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".

Oxuməni.az