Rəsmi Bakının cavabı sərt olacaq – Arkov

Rəsmi Bakının cavabı sərt olacaq – Arkov

28 Oktyabr 2020 17:29
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanın dinc Bərdə şəhərinin raketlə vurulmasını Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti təxribatı hesab etmək olar. Bunu birmənalı olaraq terror aktı kimi şərh etmək mümkündür.

Oxuməni.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, PolitRUS şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov erməni silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasını şərh edərkən axar.az-a bildirib.

Onun sözlərinə görə, bu hücum nəticəsində 21 insanın ölümü, 70 nəfərin yaralanması cinayətin miqyasını göstərir:

“Şübhə yoxdur ki, rəsmi Bakı dinc Bərdə sakinlərinin ölümünə sərt cavab verəcək. Təəssüf ki, hələlik Ermənistan rəhbərliyində Nikol Paşinyan, hökumət və parlamentdə isə Soros Fondunu təmsil edən komanda üzvləri qalır. Regionda sülhün bərqərar olacağına əmin olmaq mümkün deyil. Onlar tamamilə əks vəzifələri yerinə yetirmək üçün hakimiyyətə gətirilib”.

Oxuməni.az