Açıq havada siqaret çəkənlər də cərimələnəcək

Açıq havada siqaret çəkənlər də cərimələnəcək

23 Noyabr 2020 13:56
Bəyəndim (6) Bəyənmədim (0)

Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək.

Oxuməni.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

“Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”, - E.Zahidov əlavə edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Oxuməni.az