MM Senatın qətnaməsinə cavab üçün işçi qrupu yaratdı

MM Senatın qətnaməsinə cavab üçün işçi qrupu yaratdı

26 Noyabr 2020 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisi Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı bəyanat hazırlamaq üçün işçi qrupu yaradıb.

Oxuməni.az xəbər verir ki, işçi qrupa Səməd Seyidov, Fazil Mustafa, Əminə Ağayeva və digər deputatlar daxil edilib.

Qrup Fransa Senatının məlum qətnaməsinə cavab bəyanatı hazırlayacaq, sənəd parlamentdə müzakirəyə çıxarılaraq qəbul ediləcək.