Azərbaycan Fransa ilə bütün əlaqələri kəsməyə hazırlaşır

Azərbaycan Fransa ilə bütün əlaqələri kəsməyə hazırlaşır

26 Noyabr 2020 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı bəyanat qəbul edib.

Oxuməni.az xəbər verir ki, bəyanatı Milli Məclisin tribunasından deputat Cavanşir Feyziyev oxuyub.

Bəyanatda Senatın qərarı Fransanın özünün də beynəlxalq hüquq prinsipi əsasında Azərbaycanla bağlı səs verdiyi ədalətli qərarlara qarşı hörmətsizlik kimi qiymətləndirilir.

Milli Məclisin qəbul etdiyi bəyanatın sonunda hökumətə üç əsas tövsiyə verilib.

Bunlardan birincisi, Fransa dövlətinin ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsidir.

İkincisi, Azərbaycan-Fransa arasında siyasi münasibətlərə yenidən baxılmasıdır.

Üçüncüsü isə Fransa ilə mövcud iqtisadi əlaqələrə baxıb, yenidən qiymətləndirilməsidir.

Murad Şahməmmədov