"Şuşa uğrunda gedən küçə döyüşlərində Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərdi"....- İqor Korotçenko

"Şuşa uğrunda gedən küçə döyüşlərində Azərbaycan Ordusu əsl qəhrəmanlıq göstərdi"....- İqor Korotçenko

27 Noyabr 2020 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı əməliyyat göstərdi ki, bu şəhər Azərbaycan üçün strateji əhəmiyyətli və simvolik xarakter daşıyır. Məsələ ondadır ki, Şuşadakı hərbi əməliyyatların teatrı havadan dəstəkdən, ağır silahlar və texnikalardan istifadə etməyə icazə verməyib. Azərbaycanlı döyüşçülər, görünür onların bir qismi xüsusi təyinatlılar və dağ atıcı bölmələri olublar, Şuşaya dağ-meşə yolları ilə piyada marş ediblər. Onlar güllələri, silah-sursatları üzərində daşıyıblar”.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib. O qeyd edib ki, Şuşa uğrunda döyüşlər şiddətliliyi ilə seçilib:

“Azərbaycan Ordusu Şuşa uğrunda döyüşləri istisnasız olaraq şəxsi igidliyi, dözümlülüyü, əzmi və qələbəyə inamı sayəsində qazanıb. Ermənistan tərəfinin Şuşa uğurunda döyüşlərdəki itkilərini bilirik. Bütün bunlar onu göstərir ki, üzbəüz döyüşdə, haradakı ki, ya sən öldürürsən, ya da səni öldürürlər, Azərbaycan bölmələri qələbə qazanıb. Üstəlik, onu da qeyd edim ki, Ermənistan ordusuna Şuşa döyüşlərində artilleriya, reaktiv yaylım atəşləri sistemləri, zirehli texnika dəstək verib. Ermənilər Xankəndindən Azərbaycan bölmələrini ağır silahlarla atəşə tutublar. Bütün bunlara baxmayaraq, çox şiddətli keçən təmas döyüşlərində, küçə döyüşlərində Azərbaycan Ordusu əla döyüş qabiliyyəti keyfiyyətinə malik olduğunu göstərmiş oldu. Şuşa döyüşləri bu müharibədə kimin qələbəyə inamlı olduğunun, kimin əsgərinin nə üçün vuruşduğunun göstəricisidir. Əlbəttə ki, bu, həm də qərargahların işinin effektivliyinin göstəricisidir. Ona görə ki, bu cür əməliyyatlar planlaşdırılıb, onun yekunu və nəticələri savadlı operativ hərbi idarəetmə və sözsüz ki, döyüşlərdə Azərbaycan əsgəri və zabitinin dözümlülüyüdür”.

Oxuməni.az