Toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur

Toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur

4 Dekabr 2020 09:12
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

Oxuməni.az xəbər verir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır. Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Oxuməni.az