"Euronevs" işğaldan azad edilmiş Suqovuşandan süjet yayımlayıb-VİDEO

"Euronevs" işğaldan azad edilmiş Suqovuşandan süjet yayımlayıb-VİDEO

4 Dekabr 2020 09:46
Bəyəndim (2) Bəyənmədim (0)

"Euronevs" telekanalı erməni işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndi haqqında süjet yayımlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, süjetdə deyilir ki, Qarabağ münaqişəsi zonasında bu yaxınlarda aparılan hərbi əməliyyatlar zamanı Bakının nəzarətinə keçən ilk yaşayış məntəqələrindən biri Madagiz, tarixi adı artıq bərpa olunmuş Suqovuşan kəndi olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - deyə X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

"Biz buraya gələn yolda bir neçə nəzarət-buraxılış məntəqəsindən keçdik. Hər yerdə hərbçilər var. Ancaq yerli sakinlər səbirsizliklə evlərinə qayıdacaqları günü gözləyirlər", - "Euronevs"un müxbiri Emin İbrahimov kənddən bildirib.

Oxuməni.az videogörüntüləri təqdim edir: