20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

18 Yanvar 2021 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb.

Oxuməni.az-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“20 Yanvar günü səhərdən başlayaraq vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Diqqətə çatdırırıq ki, virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər”, -deyə məlumatda bildirilib.

Oxuməni.az