Xüsusi nümayəndələrin vəzifələri... - Fərman

Xüsusi nümayəndələrin vəzifələri... - Fərman

22 Fevral 2021 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Oxuməni.az xəbər verir ki, fərmanla İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri əlavə edilib.