Bakıda isinməyə ehtiyacı olanlar  üçün çadırlar quraşdırılır

Bakıda isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır

24 Fevral 2021 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.

Bu barədə Oxuməni.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, şəhərin 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:

“Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.

Oxuməni.az