Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb

Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb

25 Fevral 2021 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb.

Oxuməni az-ın verdiyi xəbərə görə, şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ötən gündən indiyə qədər ən çox yol qəzası paytaxtın yüksək ərazilərində baş verib:

"Yol-nəqliyyat hadisələri əsasən Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, "Şamaxı yol" istiqaməti, "20 Yanvar" metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tiflis prospektləri, Günəşli qəsəbəsi, Suraxanı rayonu və Yasamal rayonu ərazilərində baş verib. Ən çox yol qəzaları isə Yasamal rayonu və Günəşli qəsəbəsi ərazisində olub. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir".

V. Əsədov bildirib ki, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.

Xatırladaq ki, ötən gündən indiyə qədər qarlı hava şəraiti ilə bağlı Bakı şəhəri ərazisində 41 yol qəzası baş verib.