Prezident: “Azərbaycana yeni müasir silahlar gətirilir”

Prezident: “Azərbaycana yeni müasir silahlar gətirilir”

25 Fevral 2021 20:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların (Ermənistanın -red) müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb”.

Oxuməni.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib.

“Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”, deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan bütün işlərə nəzarət edir.

“Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”, - deyə Prezident əlavə edib.

Oxuməni.az