Hikmət Hacıyev: Bu mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm qələbədir

Hikmət Hacıyev: Bu mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm qələbədir

26 Fevral 2021 21:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu konfrans beynəlxalq medianın Prezident İlham Əliyev, Azərbaycan və onun uğurlarına olan diqqətinin bir nümunəsidir.

Oxuməni.az bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualı cavablandırılıb: "Çox əhatəli suallar idi, cənab Prezident tərəfindən dəqiqliklə, məntiqlə bu sualların hamısı ardıcıllıqla cavablandırıldı. Bu, Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir. Bir amili də nəzərə almalıyıq ki, bu mətbuat konfransının keçirilməsi Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edir. Konfrans beynəlxalq media vasitəsilə Xocalı həqiqətlərini geniş formada dünya ictimaiyyətinə çatdırmış oldu. Bu konfrans ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında növbəti vacib qələbəmizdir".

Oxuməni.az