Prezident Əhmədzadənin yerinə Mikaylovu təyin etdi

Prezident Əhmədzadənin yerinə Mikaylovu təyin etdi

5 Aprel 2021 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Z.R.Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxuməni.az sərəncamın mətnini təqdim edir:

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

Qeyd edək ki, bundan öncə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə idi. O, Prezidentin 2 aprel tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad olunub.