“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

9 Aprel 2021 09:13
Bəyəndim (2) Bəyənmədim (0)

“Rasim Quliyevin həbsi ilə hakimiyyət iki istiqamətdə addım atır. Birinci istiqamət korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardır. İkinci istiqamət isə siyasi məsələlərlə əlaqəlidir”.

Oxuməni.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakının sabiq meri Hacıbala Abutalıbovun “sağ əli” sayılan sabiq aparat rəhbəri Rasim Quliyevin həbsinə mübasibət bildirərkən deyib. Onun fikrincə, bütün bunlar onunla bağlıdır ki, Azərbaycan tədricən Türkiyənin təsir dairəsinə daxil olur. Bu da tələb edir ki, Rusiyanın buradakı iqtisadi, siyasi, diplomatik dayaqları aradan qaldırılsın:

“Məsələn, Elmar Məmmədyarovun işdən çıxarılmasından tutmuş Müdafiə Nazirliyində həyata keçirilən təmizləmələrə qədər, eləcə də ayrı-ayrı korrupsionerlərə qarşı mübarizə həm də Rusiyanın buradakı təsir dairələrinə qarşı mübarizədir.

Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır. Rusiyada elmlər doktoru olub, dəlixanada yatıb və s. Oradan da Bakıya gəlib. Rusiyada doğulan, təhsil alan, tərbiyə olunan bir şəxsin Rusiyadan asanlıqla gəlib Azərbaycanın sədaqətli vətəndaşı olması inandırıcı görünmür. Odur ki, bu qəbildən olan, yəni Rusiyanın müəyyən dairələrilə mümkün əlaqələri olanlar iqtisadi, hərbi, diplomatik və digər sektorlardan təmizlənir. O qədər çox xain, satqın, xalqımızın və dövlətimizin əleyhinə işləyən insanlar dövlət hakimiyyətinə yerləşdirilib ki, hələ uzun müddət bu cür təmizləmələr aparmağa ehtiyac var. (Azpolitika)

Hacıbala Abutalıbov özünü həmişə təlxək kimi aparıb, ancaq eyni zamanda da güclü korrupsionerlərdən biri olub. Bildiyiniz kimi, dövlət büdcəsinin az qala 35 faizi Bakıya xərclənirdi. Həmin dövr korrupsiyanın çiçəkləndiyi dövr idi və bu pulların böyük hissəsi də onun əlindən keçib. Sadəcə, təlxəkliklə bunun üzərini ört-basdır edirdi. Hətta o zaman lətifə də yaranmışdı: Əvvəlcə yol çəkirdi, sonra onu söküb kanalizasiya çəkirdi və s.”.