Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı-Video

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı-Video

9 Aprel 2021 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır.

Oxuməni.az xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir.

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı "Operativ Kiyev" mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan "Toyota Land Cruiser"in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb. Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını "harın padşahlar" adlandırıb.

Videogörüntüləri təqdim edirik: