İsrail HƏMAS-ın mövqeyini bombaladı

İsrail HƏMAS-ın mövqeyini bombaladı

10 Avqust 2020 11:10
Bəyəndim (24) Bəyənmədim (0)

İsrail Qəzzanın şimalında HƏMAS-a aid mövqeyi bombalayıb.

Oxuməni.az xəbər verir ki, İsrail qırıcıları HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasına aid müşahidə məntəqəsinə zərbələr endirib.

Ölən və yaralananların olması barədə məlumat verilməyib.

İsrail ordusu hücumun Qəzzadan İsrailə yanğın törədən şarların atılmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Oxuməni.az