“Bu, atəşkəs deyil” - Çavuşoğlu+Video

“Bu, atəşkəs deyil” - Çavuşoğlu+Video

18 Oktyabr 2019 08:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşməsindən sonra açıqlama verib.

Oxumeni.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu Pensin “Suriyada atəşkəs elan ediləcək” sözlərinə münasibət bildirib. “Bugünkü müzakirələrdə cənab Prezidentimizin liderliyi nəticəsində istədiklərimizi aldıq” deyən nazir sözlərinə belə davam edib:

“PKK/YPG-nin 120 saat içərisində Suriyanın şimalından çıxması üçün “Sülh Çeşməsi” hərəkatına fasilə verəcəyik. Bu, atəşkəs deyil. Terrorçuların çıxmasından sonra əməliyyatın dayandırılıb-dayandırılmaması müzakirə olunacaq”.

Oxumeni.az