Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə... - EKSKLÜZİV

Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə... - EKSKLÜZİV

21 Oktyabr 2019 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazirin iki müavini - Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.

Hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.

Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev də vəzifəsindən azad olunacaq. Qərarlar yaxın günlərdə rəsmən açıqlanacaq.

Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib.

71 yaşlı Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə başçılıq edib, 21 aprel 2018-ci ildən Baş nazirin müavini vəzifəsini tutur.

Oqtay Şirəliyevin isə 69 yaşı var. O, 20 oktyabr 2005-ci ildən Səhiyyə naziridir.

Oxumeni.az