Ərdoğan Putinlə görüşündən danışdı – Növbəti addımı atacağıq

Ərdoğan Putinlə görüşündən danışdı – Növbəti addımı atacağıq

22 Oktyabr 2019 07:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə lideri "Sülh bulağı" əməliyyatını tənqid edən Qərb ölkələrini terrorçularla həmrəy olmaqda ittiham edib.

Rəsmi Ankara kürd silahlıları ilə danışıqlar aparmaq niyyətində deyil. Oxumeni.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz terrorçuları terrorçu adlandırmağa davam edəcəyik. Biz heç vaxt terror təşkilatı ilə danışıqlar masasına oturmayacağıq", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri "Sülh bulağı" əməliyyatını tənqid edən Qərb ölkələrini terrorçularla həmrəy olmaqda ittiham edib.

Ərdoğan sabah Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçiriləcək görüşdə də gündəmdə əsas məsələnin Suriya olacağını bildirib: Soçiyə səfərimiz var. Rusiya Prezidenti Vladimir Putinlə görüşümüz var. Onunla bu prosesi müzakirə etdikdən sonra növbəti addımı atacağıq".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)