Maduronun Qoşulmama Hərəkatının Bakı Sammitində iştirakı gözlənilir

Maduronun Qoşulmama Hərəkatının Bakı Sammitində iştirakı gözlənilir

22 Oktyabr 2019 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakı gözlənilir.

Oxumeni.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

O bildirib ki, hazırda olan məlumata görə, Maduranın da iştirakı gözlənilir, lakin hər şey samitin başladığı gün bilinəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)