Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir

Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir

23 Oktyabr 2019 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 23-də Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü işə başlayıb.

Oxumeni.az xəbər verir ki, təşkilata üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Xorxe Arreaza tərəfindən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə qurumun inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək. Azərbaycanın Xarici İşlər naziri BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının beynəlxalq sülhə verdiyi mühüm töhfələrdən danışıb. O xatırladıb ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Nazir vurğulayıb ki, Azərbaycan sosial ədalətə söykənən siyasət həyata keçirir. Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Forumunun keçirilməsi təklifini irəli sürüb. O qeyd edib ki, enerji təhlükəsizliyi, ətraf mühit və digər sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan beynəlxalq mədəniyyətlərarası dialoqun mərkəzi olmaqda davam edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan Elmar Məmmədyarov deyib ki, münaqişə regional sülhə böyük təhlükə yaradır. Bu münaqişə başlayan vaxtdan hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılıb. Münaqişə Azərbaycanın infrastrukturuna və dinc sakinlərin yaşayışına təsir göstərib. Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarlığımızı bildiririk.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)