İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi

İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi

23 Oktyabr 2019 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

İranın öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın nüvə sazişindən çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktorlardan biridir.

Oxumeni.az-ın xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Görüşündə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yürütdüyü iqtisadi müharibə - iqtisadi terrorizm sadə iranlılara qarşı yönəlib.

“Bu isə nəinki insanlığa, həmçinin, dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”, - deyə o əlavə edib.

M.C.Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur.

“Milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)