Pensdən sensasion açıqlama: “Kürd müttəfiqlərimiz...”

Pensdən sensasion açıqlama: “Kürd müttəfiqlərimiz...”

23 Oktyabr 2019 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Kürd Özünü müdafiə Qüvvələri Suriyanın şimalındakı təhlükəsizlik zonasını tamamilə tərk edib”.

Oxumeni.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama verib.

Pensin sözlərinə görə, ABŞ hökuməti kürdlərin müdafiə qüvvələrinin komandirindən bütün silahlı qüvvələrin Türkiyənin hərbi nəzarəti altındakı bölgədən çıxarıldığı barədə bir mesaj alıb.

ABŞ-ın vitse-prezidenti əlavə edib ki, Vaşinqton kürd müttəfiqlərinə İŞİD terror təşkilatına qarşı əməliyyatlarda göstərdikləri köməyə görə minnətdardır:

“İŞİD-lə mübarizədə məqsədlərimizə çatdıqdan sonra Prezident Donald Tramp Amerika xalqına verdiyi sözü tutur və qoşunlarımız vətənə qayıtmağa başlayır”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)