“Ərdoğanla bu haqda danışacağam” – Merkeldən şok təklif

“Ərdoğanla bu haqda danışacağam” – Merkeldən şok təklif

23 Oktyabr 2019 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Kansleri Angela Merkel Suriyanın şimalında (Türkiyə sərhədlərində) bufer zonanın qurulması təklifinə dəstək verib.

Oxumeni.az xəbər verir ki, kanslerdən əvvəl Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Suriyanın şimalında beynəlxalq təhlükəsizlik zolağının qurulmasını təklif etmişdi.

Merkel təhlükəsizlik bölgəsinin ancaq BMT-nin qərarı ilə və müştərək prinsiplərə görə müəyyən edilməsinin vacibliyinə diqqət çəkib.

Kansler bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Boris Consonla görüşdə müzakirə edəcəyini deyib:

“Hesab edirəm ki, bu təklifi yoxlamaq olar. Bu böhran üçün həll yolları axtarmaq bizim vəzifəmizdir”.

Merkel Suriyada bufer zona məsələsinin 2016-cı ildə gündəmə gəldiyini, amma Rusiyanın buna veto qoyduğunu xatırladıb.

O, Türkiyənin Suriyanın şimalında təkbaşına və qalıcı hərbi varlığına əngəl olmasının vacibliyinə diqqət çəkib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)