Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkiləri keçirilir

10 Noyabr 2019 19:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyada prezident seçkiləri keçirilir. Seçkilərdə siyasi partiyaları təmsil edən, eyni zamanda, müstəqil olan 14 namizəd iştirak edir. Onların arasında Milli Liberal partiyası tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Klaus Yohannis, Sosial Demokrat partiyasını təmsil edən Viorika Dançila, Pro Rumıniya partiyası və Liberal və Demokrat Alyansının namizədi Mirçea Diakonu və digərləri var. Ölkədə 18 min 748 seçki məntəqəsi yerli vaxtla saat 21:00-dək açıq olacaq.

Namizədlərdən heç biri səs çoxluğu qazanmasa, ən çox səs toplayan iki namizəd arasında noyabrın 24-də seçkilərin ikinci turu keçiriləcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)