I Dünya müharibəsi qurbanlarının xatirəsi anılıb

I Dünya müharibəsi qurbanlarının xatirəsi anılıb

11 Noyabr 2019 22:00
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada I Dünya müharibəsi qurbanlarının xatirəsi anılıb.

Kraliça və ailə üzvləri, siyasətçilər, müharibə veteranları anım tədbirində iştirak ediblər.

Müharibə qurbanları ölkə daxilində bir dəqiqəlik sükutla yad edilib. 1920-ci ildən Birləşmiş Krallığın rəsmi müharibə memorialı olan Senotafa çələnglər qoyulub.

Anım tədbirində seçki kampaniyasına başlayan partiya rəhbərləri, eləcə də keçmiş baş nazirlər ser Con Mayor, Toni Bleyr, Qordon Braun, Devid Kemron və Tereza Mey də iştirak edib.

Qeyd edək ki, hər ilin noyabrında İngiltərədə I Dünya müharibəsi qurbanlarının xatirəsi anılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)