Tramp seçkiqabağı tibbi müayinədən keçdi

Tramp seçkiqabağı tibbi müayinədən keçdi

17 Noyabr 2019 17:30
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp seçkiqabağı tibbi müayinədən keçib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin səhhətində problemlər olduğu üçün müayinə edildiyi deyilsə də, mətbuat katibi Stefani Qrişem məlumatı təkzib edib. Onun sözlərinə görə, Tramp müayinədən seçkilərin keçiriləcəyi 2020-ci ildə əlavə vaxt itirməmək üçün keçib və səhhəti çox yaxşıdır:

“Prezident 2020-ci ildə çox məşğul olacağı üçün həftə sonunu dəyərləndirmək istədi və Uolter Rid adına qospitalda müayinədən keçdi”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)