"Belaruslar Lukaşenkoya nifrət edirlər" - Video

"Belaruslar Lukaşenkoya nifrət edirlər" - Video

18 Noyabr 2019 15:48
Bəyəndim (1) Bəyənmədim (0)

Seçkinin nəticələrinə görə müxalifət nümayəndələri Belarus parlamentinə getmədilər.

MSK-nın məlumatına görə, bütün 110 deputat mandatı hökumətyönümlü partiyalar və hərəkatlar arasında bölüşdürülüb.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, seçkinin nəticələrini müxalifət qüvvələri tanımır. "Avropa Belarusiyası" hərəkatının koordinatoru Yevgeni Afnagelin sözlərinə görə, hakimiyyət cəmiyyətdə narazılığı görür və müxalifəti parlamentə buraxmaqdan qorxur.

"Təbiidir ki, biz seçkilərin nəticələrini tanımırıq. Təbii ki, əvvəlcədən aydın idi ki, müxalifəti parlamentə buraxmayacaqlar: Lukaşenkoya Belarusluların əksəriyyəti nifrət edir və Belarusluların əksəriyyəti ona qarşı çıxış edir. Biz iki ay piketlər keçirmişik, ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirmişik. Biz insanların əhval-ruhiyyəsini görürük, görürük ki, onlar hakimiyyəti tənqid edirlər. Biz görürük ki, insanların tam əksəriyyəti diktatoru qəbul etmir, onu legitim hesab etmir və onun dəyişməsini, istefasını istəyir.
Bu, yəqin ki, Lukaşenkonun müxalifətin hətta bir və ya iki nümayəndəsini tamamilə nəzarətində olan parlamentə buraxmaqdan qorxmasının əsas səbəbidir. İnsanların əhval-ruhiyyəsini bilirlər, onlar bizim fəaliyyətimizi, ümumiyyətlə müxalifətin fəaliyyətini görürlər. Bu, yalnız bir şeydən xəbər verir — Lukaşenko, sadəcə, dəyişikliklərdən qorxur. Gələn il Belarusda prezident seçkiləri olacaq. Bu, Lukaşenkonun son seçkisidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)