“İranda aksiya liderləri edam olunacaqlar”

“İranda aksiya liderləri edam olunacaqlar”

20 Noyabr 2019 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

İranın dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz iddia ilə çıxış edib.

Oxumeni.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:

“Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl “üsyan”dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır”.

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

Aksiyalar zamanı ölənlərin sayı barədə rəsmi məlumat verilməsə də, 1000-dək etirazçının tutulduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)